22 C
Bakı
09 Oktyabr 2026 19:29
İdman

Şahruddin: “Çoxlu sayda şəhid vermişik, qələbəyə tam sevinə bilmirik”

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”a böyük hesabla qalib gəldikləri matç (3:0) barədə fikirlərini bölüşüb.

Şahruddin: “Çoxlu sayda şəhid vermişik, qələbəyə tam sevinə bilmirik”

Qol.az xəbər verir ki, qolkiper jurnalistlərə açıqlamasında deyib:

“Əlbəttə, qalib gəlmək xoşdur. Amma çoxlu sayda şəhid vermişik. Buna görə tam sevinə bilmirik. Oyuna hazırlaşmaq çətin idi. Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çətin idi”.

Tacxeber.az

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

admin

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin