İnsan təəccüb, heyrət hissini itirəndə keyləşir. Robotdan, ölüdən fərqlənmir. Hadisələrə reaksiyası sıfırlanır. Bu hissi itirməyin səbəbləri çox ola bilər. Amma bizim ölkəmizdə əsas səbəblərdən biri budur ki, ən müxtəlif, bir-birinə zidd, “bu mümkün deyil!” nidası doğuracaq o qədər xəbərlər eşidirik, hadisələrin şahidi oluruq ki, heyrət hissimiz öz funksiyasını itirir. Bu hissimiz haqqında könüllü olaraq həbs qətimkan tədbiri seçilmiş olur. Görür, eşidir, amma reaksiya yoxdur.