Gündəm

MN: “Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub”

MN: “Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub”

MN: "Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub"

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.

Oxşar xəbərlər

Putin iqtisadi uğurlardan danışır, amma Rusiyada yanacaq böhranı artır

admin

Duqinin “üçqütblü dünya” xəritəsi: Geosiyasət, yoxsa ideoloji fantaziya?

redaktor

Krım körpüsünə hücumdan saatlar əvvəl ABŞ kəşfiyyat təyyarəsi bölgədə uçub

admin