15 C
Bakı
26 Mart 2026 17:47
DünyaGündəmSiyasət

Mərhum liderin Ərdoğana şok sözləri: Bu torpaqlar sizindir!

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan turu çərçivəsində ilk səfərini Bosniya və Herseqovinaya edib.

Türk liderin Bosniya İslam Birliyinin yeni binasında çıxışı böyük marağa səbəb olub.

Belə ki, Ərdoğan bosniyalı mərhum siyasətçi Aliya İzzetbeqoviçin həyatının son anlarında onunla dialoqunu xatırladıb:

“2 oktyabrı çox önəmli tarixdir. Ölümündən bir neçə gün öncə idi. Mən də uzaq səfərdən gəlirdim. Vəziyyətinin ağır olduğunu dedilər. Təyyarəni Sarayevo hava limanına endirdik. Xəstəxanaya getdim. Orada Bəkir qardaşımla (Aliya İzzetbeqoviçin oğlu – red.) birlikdə idik. Həqiqətən də vəziyyyəti ağır idi. Sonra Bəkir dedi ki, atamın şüuru qapalı idi, amma siz gəldikdən sonra açıldı. Özü ilə (Aliye İzzetbeqoviç – red) danışdığımız zaman işlətdiyi ifadələr olduqca önəmli idi. “Bu torpaqlar Evlad-ı Fatihanındır. Tayyib övladım, buralar sizə əmanətdir. Bizlər də o gündən bu günə qədər bu əmanəti daşıyıraraq yola davam edirik. Bu əmanətə sadəcə Tayyib deyil, Türkiyə ilə hamılıqla sahib çıxmalıyıq”.

Qeyd edək ki, Osmanlı türkçəsindəki Evlad-ı Fatihan kəlməsi Balkanların fəthində iştirak edən Osmanlı bəylərinə, fatehlərin soyundan gələnlərə verilən addır. O dönəmdən bəri Balkan türkləri üçün də işlədilən ifadədir. /axar.az

Tacxeber.az

Oxşar xəbərlər

Bu savaş, əslində kimin savaşıdır?

redaktor

Ağ Evdə keçiriləcək Paşinyan, Əliyev və Tramp görüşündən “böyük sülh sazişi” gözləmək sadəlövhlükdür.

admin

Çin Ukrayna savaşına qatılır: Rusiyanı dəstəkləyən Fransa və Almaniya isə ABŞ-a xəyanət edir

redaktor