16 C
Bakı
30 Oktyabr 2026 07:05
DinDünyaSiyasət

İranda “hicab qiyamı” – Yüzlərlə qadın…

İranda “hicab qiyamı” – Yüzlərlə qadın…

İranda polis məcburi hicaba etiraz edən çoxlu sayda qadını saxlayıb.

Bu barədə İran Əxlaq Polisinin sözçüsü Əli Xanməhəmmədi məlumat verib.

O, bu qadınların ölkədə hicaba qarşı aparılan kampaniyanın təşkilatçıları olduğunu söyləyib.

Xanməhəmmədi bildirib ki, İranın təhlükəsizlik və kəşfiyyat orqanları insanları hicaba qarşı mübarizəyə çağıran 300 qadını saxlayıb.

İranın “Fars” xəbər agentliyi ölkədə hicaba qarşı mübarizənin “yeni dalğa”sının baş qaldırdığını iddia edib. Mənbə ölkənin təhlükəsizlik orqanlarının buna qarşı tədbirlərini güclündirməsinə də diqqət çəkib.

İranda əvvəllər məcburi hicaba etiraz edən onlarla qadın həbs edilib. Mühafizəkarların ötən il hakimiyyətə gəlməsindən sonra qadınlara qarşı rejimin daha da sərtləşdirildiyi bildirilir./Teleqraf.com

Tacxeber.az

Oxşar xəbərlər

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor