Dünya

Britaniyanın daxili işlər naziri istefa verdi

Britaniyanın daxili işlər naziri istefa verdi

Britaniyanın daxili işlər naziri Priti Patel bazar ertəsi istefa verdiyini açıqlayıb.

Tacxeber.az xəbər verir ki, Patel istefa verən baş nazir Boris Consona məktub ünvanlayıb.

“Mən Liz Trassı yeni liderimiz seçilməsi münasibətilə təbrik edirəm, onu baş nazir vəzifəsində dəstəkləyəcəm. Mən Liz rəsmi olaraq vəzifəyə başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra ölkəmə və Uithem seçki dairəsinə xidmət etməyə davam edəcəyəm”, – Patel istefa verən baş nazir Boris Consona ünvanladığı məktubda yazıb.

Qeyd edək ki, DİN rəhbəri Liz Trassın başçılıq etdiyi yeni hökumətin qurulmasında iştirak etmək istəmədiyi üçün vəzifəsini tərk edib.

Tacxeber.az

Oxşar xəbərlər

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus silah daşıyan gəmiləri vura bilib

admin

Tramp McDonald’s-da kartof frisi HAZIRLADI – VİDEO

redaktor

Rus və ukraynalıların sevimli yeməyi ən zərərli şorba seçildi

redaktor