12 C
Bakı
28 Mart 2026 18:22
GündəmHadisə

Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.

Tacxeber.az  xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.

Buna səbəb isə  Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.

Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.

Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.

Tacxeber.az

Oxşar xəbərlər

Meksikada narkokartellər arasında müharibə: 53 ölü

admin

Bakıda dəhşətli olay: Ata qızına işgəncə verdi, sonra… – Şok təfərrüat

redaktor

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

redaktor