GündəmHadisə

Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.

Tacxeber.az  xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.

Buna səbəb isə  Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.

Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.

Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.

Tacxeber.az

Oxşar xəbərlər

Ermənilər yaralı azərbaycanlını öz vətəndaşı kimi təqdim etdi

redaktor

“Mado”da uşaqlar üçün nəzərdə tutulmuş qamburgerin içindən yararsız ət çıxıb – İDDİA

redaktor

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir? – Niyə?

admin