29 C
Bakı
14 Avqust 2025 10:55
GündəmKriminal

Xaçmazda meşədə “plantasiya” aşkarlandı, bir tondan çox narkotik vasitə dövriyyədən çıxarıldı – VİDEO

Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kamal Qəribov saxlanılıb.

Həmin şəxsin meşə sahəsində ümumi çəkisi 1254  kiloqram olan 350 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa, həmin yerdən beş kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Kamal Qəribovun barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.az

Oxşar xəbərlər

Bu ildən – rus dilində təhsili birdən-birə qadağan etmək olmaz.

admin

Makronun başına yumurta çırpdılar – Video

redaktor

Zəlzələ zamanı görünən sirli mavi işıq nədir? – İZAH – VİDEO

redaktor