14 C
Bakı
26 Mart 2026 16:24
DigərTəhsil

Türkiyənin Adana vilayətində Roma dövründən qalma Misis körpüsü

Ceyhan çayı üzərindəki körpünün IV əsrdə, imperator II Konstansinin (317-361) dövründə salındığı söylənilir. Eni 6,5 metr, uzunluğu 133 metrə yaxın olan tikili 9 tağdan ibarətdir. Orta əsrlərdə Yaxın Şərqin önəmli ticarət mərkəzi olan Hələbə yol bu körpünün üzərindən keçirdi. İndi də işlək olan körpü dəfələrlə (son dəfə 1998-ci ildə) zəlzələ nəticəsində zərər görüb və yenidən bərpa olunub.

Əfsanəyə görə, Loğman ölümsüzlük eliksirini kəşf etmiş, amma bu körpünün üzərindən keçərkən formulun yazıldığı kağızı külək əlindən uçurmuşdur.

Yadigar Sadıqlı

Tacxeber.az

 

Oxşar xəbərlər

Ölkə üçün fürsətləri qaçıran hökumət modeli.

admin

Maskdan Trampa ÇAĞIRIŞ: Vədinə əməl et!

redaktor

Söyüş üstündə adam öldürmək – Ağamirzədən maraqlı reaksiya

redaktor