29 C
Bakı
14 Avqust 2025 19:42
CəmiyyətDünya

Pişik əti satanlar HƏBS EDİLDİ

Pişik əti satanlar HƏBS EDİLDİ

Pişik əti satanlar HƏBS EDİLDİ

Çinin şərqində polis 150 pişiyi ölümdən xilas edib.

Şandunq əyalətinin hüquq-mühafizə orqanlarının əməkdaşları ev heyvanları ətinin satışı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıb.

Bu barədə Heyvanların Mühafizəsi Cəmiyyətinin (HSI) nümayəndələri məlumat verib.

Polis əməkdaşları Jian şəhərində 11 qəfəsdə kilidlənmiş 150 pişiyi aşkar ediblər. Ehtimal olunur ki, bütün heyvanlar ev heyvanları olub, onlar tələlər qoyulan diri sərçələrin köməyi ilə tutulublar.

Heyvanların hələ də pişik ətinin yeyildiyi Çinin cənubuna göndərilməsi nəzərdə tutulub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qrupun bir neçə üzvünü saxlamağa nail olublar. İstintaq davam edir.

HIS-in məlumatına görə, Çində hər il təxminən 10 milyon it və beş milyon pişik yemək üçün öldürülür.

Tacxeber.az

Oxşar xəbərlər

Al Paçinonun ödəyəcəyi aliment dodaq uçuqlatdı

admin

Qadın kişidən çox-çox güclüdür, o kişilər səhv yoldadır – Xeyrəddin Qocadan sərt sözlər

redaktor

“Volkov hələ ki gəlməyib” – Aksiya iştirakçısı

redaktor