Dünya

Türkiyənin Zəfər Bayramı günüdür

Türkiyənin Zəfər Bayramı günüdür

Türkiyənin Zəfər Bayramı günüdürBu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.

1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

 

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Tacxeber.az

Oxşar xəbərlər

Lukaşenko hərbçilərə vətəndaşlara qarşı silah istifadə etməyə icazə verdi

redaktor

ABŞ Rusiya da daxil olmaqla 43 ölkə vətəndaşı üçün giriş qadağasını müzakirə edir

admin

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

admin