Cəmiyyətİdman

“Qarabağ” Vadjinin transfer dəyərini rəsmən elan etdi.

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbolçusu İbrahima Vadjini Fransanın “Sent-Etyen” klubuna satıb. Fransa mediası bu transfer üçün “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb.

Ağdam klubunun baş meneceri Asif Əsgərov isə Qol.az saytına verdiyi açıqlamada məbləğin daha yüksək olduğunu bildirib.

“Artıq Vadji “Sent-Etyen”ə transfer olunub. Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi. Klubumuz Vadjini 1 milyon 600 min avroya “Sent-Etyen”ə satdı”.

Qeyd edək ki, “Sent-Etyen” də Vadjinin transferini rəsmən açıqlayıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, ötən yay Ağdam klubuna transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Tacxeber.az

Oxşar xəbərlər

Binəqədidəki partlayışda həyatını itirənlərin ailələri Tağı İbrahimovdan təzminat TƏLƏB EDİRLƏR

redaktor

“Lotu Quli”ni öldürən şəxsə ömürlük həbs cəzası verildi

admin

Tağı Əhmədov nişanda iştirak edib – SON GÖRÜNTÜSÜ (FOTO)

redaktor