Hadisə

FHN-in təyyarəsi Lənkəranda qəza enişi etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildrilib ki, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar saxlanılıb – VİDEO

redaktor

Azərbaycanda iş adamı bu İcra Hakimiyyətini məhkəməyə verdi.

admin

Evin önünə “cadulu kukla” qoydu: – SOK OLAY – Video

admin