28 C
Bakı
13 Avqust 2025 18:54
Hadisə

FHN-in təyyarəsi Lənkəranda qəza enişi etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildrilib ki, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiyada “Yermak” gəmisi yandı

redaktor

Meyitin parçalanması və xoşagəlməz qoxuların əmələ gəlməməsi üçün ……

admin

Tokio metropolitenində zəhərləyici zarin maddəsinin tətbiqi iləbaş verən terror hadisəsi.

admin