4 C
Bakı
26 Dekabr 2025 08:46
Gündəm

Hərbi polis Laçında fəaliyyətə başladı – Video

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib.

Bu barədə “Report“a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir. Yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur, buraxılış rejimi, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarət edilir.

Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir.

Bundan əlavə hərbi polisin tabeliyində faəliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.

Tacxeber.az

Oxşar xəbərlər

“Nant”dan çəkinmədik” – Qurban Qurbanov

admin

İran və Rusiya arasında PUA istehsalı barədə gizli razılaşma üzə çıxdı

admin

Doğuş Xoşqədəmin bu rəqsini lağa qoydu – VİDEO

redaktor