Dünya

Bu PUA-lar Rusiyaya verilməyəcək – Bayraqdar

Bu PUA-lar Rusiyaya verilməyəcək – Bayraqdar

Türkiyənin “Baykar” şirkəti “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.

Tacxeber.az xəbər verir ki, bunu Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraqdar deyib.

“Pul bizim üçün prioritet deyil. Pul və maddi resurslar bizim biznesimizdə heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız uzun illərdir ki, davam edir. Ona görə də bizə nə qədər pul təklif etsələr də, düzünü desəm, bu vəziyyətdə onu onlara verməkdən söhbət gedə bilməz”, – Bayraqdar bildirib.

Haluk Bayraqdar qeyd edib ki, şirkət tamamilə Ukraynanın tərəfindədir və nə qədər məbləğ təklif olunsa da, heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq.

Tacxeber.az

Oxşar xəbərlər

Natiq Cəfərli: “Əli müəllimi görən olsa desin ki, bizdə bazar var, amma iqtisadiyyat yoxdur…”

redaktor

ABŞ rəsmiləri bir ağızdan “Şiroko şaqayet Ukrayna” deyirlər

admin

Hizbullah “Hermes 450”-ni ələ keçirdi

redaktor