Gündəm

Sabiq deputat azərbaycanlı modeli təhqir etdi – Video

Sabiq deputat azərbaycanlı modeli təhqir etdi – Video

Türkiyənin Bodrum şəhərindəki “Mandarin Oriental” istirahət mərkəzində Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) keçmiş millət vəkili Aydın Ayaydın və azərbaycanlı model Diana Əhədpur arasında dava olub.

Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Əhədpurun 6 yaşlı oğlu dənizə girib ətrafa su sıçradıb. Bu hərəkət Aydın Ayaydını özündən çıxarıb və o uşağın üstünə qışqırmağa başlayıb. Model dərhal eks deputata yaxınlaşaraq iradını bildirib: “Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”- deyib.

Bu sözlərdən daha da qəzəblənən Ayaydın modelin üzərinə hücum çəkərək onu təhqir edib: “Rədd olun gedin burdan, gedin öz ölkənizə eş….lər. Rədd olun!”, – deyib.

Qeyd edək ki, Diana Əhədpur İran əsilli biznesmen Mənuçöhr Əhədpurun həyat yoldaşıdır.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycan ifadə azadlığına görə 161 ölkə arasında 144-cü yeri tutdu.

admin

Müdafiə Nazirliyinin generalı həbs edildi – YENİLƏNİB

redaktor

Ölkə başçısı niyə müstəqil jurnalistlərə müsahibə vermir?

admin