22.8 C
Bakı
10 İyun 2026 02:10
Cəmiyyət

Azərbaycanda bu məhsullar bahalaşdı – VİDEO

Azərbaycanda bu  məhsullar bahalaşdı – VİDEO

Son günlər ətin bahalaşmasının əsas səbəbi kimi heyvan yemlərinin qiymətlərinin artması göstərilir.

 

Buğda, arpa, kəpək, yonca, saman, qarğıdalı… İri və xırdabuynuzlu heyvanların yemlənməsi üçün istifadə olunan bu yemlərin qiyməti son vaxtlar 50 faizdən çox artıb. Bahalaşma son bir il ərzində pik həddə çatıb.

 

Satıcılar deyirlər ki, mal-qara üçün daha çox yonca, kəpək və saman alınır. Bunların da qiymətlərində 40 faizə qədər bahalanma var.

Yem qiymətlərinin bu qədər artması heyvandarlıqla məşğul olanların sayına da təsir edib. Satıcılar alıcıların sayının az qala yarıbayarı azaldığını deyirlər.

 

Digər yemlərdən qarğıdalının qiyməti 60 qəpikdən 85 qəpiyə, samanın qiyməti 2 manatdan 2 manat 50 qəpiyə, arpanın qiyməti isə 30 qəpikdən 50 qəpiyə qalxıb.

Tacxeber.az

 

Oxşar xəbərlər

Kurban Berdıyev Ehtiram Quliyevdən daha iki transfer istədi – klub prezidenti tapşırıq verdi, axtarışlar gedir

admin

“Bizdə heç vaxt böyük arxalı, böyük sinəli qadınlar olmayıb” – Sosioloq onları tənqid etdi

redaktor

Saxta pul hazırlayan şəxs tutulub

redaktor