21 C
Bakı
20 Oktyabr 2026 14:14
DünyaGündəm

Kərbəlada çoxlu ziyarətçinin olduğu türbə çökdü: Dağıntılar altından meyitlər çıxarılır

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb.

Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb.

İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntılar altından çıxarılıb. Xilas edilənlərin üçü uşaqdır.

Ziyarətçilərin olduğu ərazidə çökmə baş verdiyindən dağıntılar altında çoxlu adamın olduğu təxmin edilir və xilasetmə işləri davam edir.

Xilasetmə işləri zamanı hansısa səhvin yeni çöküntülərə səbəb ola biləcəyi istisna edilmir.

 

Tacxeber.az

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin