DünyaGündəm

Kərbəlada çoxlu ziyarətçinin olduğu türbə çökdü: Dağıntılar altından meyitlər çıxarılır

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb.

Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb.

İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntılar altından çıxarılıb. Xilas edilənlərin üçü uşaqdır.

Ziyarətçilərin olduğu ərazidə çökmə baş verdiyindən dağıntılar altında çoxlu adamın olduğu təxmin edilir və xilasetmə işləri davam edir.

Xilasetmə işləri zamanı hansısa səhvin yeni çöküntülərə səbəb ola biləcəyi istisna edilmir.

 

Tacxeber.az

Oxşar xəbərlər

İranda azərbaycanlı tələbə sərhəddə saxlanıldı

redaktor

Türkiyə və Ukraynanın birinci xanımları görüşdülər

redaktor

Meyxana ustadları biznesmenin itinə meyxana dedilər – Qalmaqal yaşandı – VİDEO

redaktor