2 C
Bakı
11 Fevral 2026 15:43
CəmiyyətGündəm

Dələduzlar saxta polis bölməsi açdı

Hindistanda baş vermiş hadisə dünya mətbuatının diqqətindədir.

“The Guardian”ın məlumatına görə, Bihar ştatında saxta polis bölməsi açan bir neçə dələduz 6 ay ərzində əhaliyə cərimə yazaraq kifayət qədər pul toplayıb. Onlar həmçinin yerli əhalini polisdə işə düzəltmək, problemləri həll etmək və digər adlarla aldadaraq pullarını alıblar.

Ən maraqlısı isə budur ki, “bölmə” Bihar ştatının polis rəisinin evinin bir neçə addımlığında yerləşirdi.

İşin üstü dələduzlardan biri polis formasında şəhərdə gəzərkən açılıb. Həqiqi polis zabitlərindən biri patrula çıxarkən formada gəzən şəxsin qeyri-adekvat davranışından şübhələnərək onun izinə düşüb və işin üstü açılıb.

Polis 6 nəfəri həbs etsə də, “bölmə rəisi” hələ də azadlıqdadır.

Tacxeber.az

Oxşar xəbərlər

Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? – DOSYE

redaktor

Sizi narahat edən şeyləri yazın – “Dərd gündəliyi” nəyə lazımdır?

redaktor

Rusiyanın Kiyevi bombardman etməsi ilə bağlı cinayət işi açılacaq

redaktor