Dünya

Vaşinqtondakılar dəli olub? – Solovyov

Vaşinqtondakılar dəli olub? – Solovyov

ABŞ Ukraynaya Rusiyanın şəhərlərini vura biləcək ən müasir raketlər vermək niyyətindədir. Vaşinqtondakılar dəli olub? Onlar düşünürlər ki, əgər Kiyev bu raketlərlə Rusiyanın şəhərlərinə vurarsa, biz Ukraynaya zərbələrlə cavab verəcəyik?

Tacxeber.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

“Əgər belə bir hadisə baş verərsə, Ukrayna müvəqqəti olaraq kənarda qalacaq. Bizim üçün yeni məqsəd, yeni hədəf müəyyən olunacaq. Biz bu raketləri Kiyevə verənlərlə birbaşa tanış olacağıq. Sonra Amerika rəhbərliyinin üzünə baxarıq, onlara bütün gücümüzü göstərəcəyik. Bu ABŞ-a az görünməyəcək. Onları peşman edəcəyik”, – deyə o qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər

Yağış yağacaq, külək əsəcək – Bu günün HAVASI

redaktor

Rusiyanın çox istedadlı, məşhur aktyoru və komiki Aleksandr Nezlobinin möhtəşəm çıxışından fraqment:

redaktor

Putinin COP29-da iştirak üçün Bakıya gəlməyəcək

admin