24.5 C
Bakı
09 İyun 2026 18:15
DünyaSiyasət

Rusiya bu müharibədə məğlub oldu – Kəşfiyyat

 

Publika.az xəbər verir ki, bunu elektron kəşfiyyatın aparılmasına, hökumət və ordu orqanlarının məlumatlarının mühafizəsinin təmin edilməsinə cavabdeh olan Britaniya kəşfiyyat idarəsinin rəhbəri Ceremi Fleminq “The Economist”ə bildirib.

“İndiyədək prezident Putin Ukraynada və Qərbdə informasiya müharibəsində uduzur. Bu təqdirəlayiq olsa da, biz Rusiya dezinformasiyasının dünyanın qalan hissəsində oynadığı rolu qiymətləndirməməliyik”, – Fleminq qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ukraynada Suriya və Balkanlarda istifadə etdiyi eyni yanaşmalardan istifadə edir və dezinformasiya Rusiyanın hərbi strategiyasının mühüm tərkib hissəsidir.

Bununla belə, o əlavə edib ki, Britaniya kəşfiyyatı Rusiyanın kiberməkanda niyyətlərini öyrənmək və müttəfiqlərini əvvəlcədən xəbərdar etmək imkanı əldə edib.

Tacxeber.az

Oxşar xəbərlər

Niyə Marsa getmək mümkün deyil? – Alimlər səbəbini açıqladılar

redaktor

Nazir oğlu döyüşdə həlak oldu

redaktor

“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”

redaktor