19 C
Bakı
23 İyun 2025 22:25
Siyasət

Prezident qanuna DƏYİŞİKLİK ETDİ – Vahid sistem YARADILACAQ

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.

Tacxeber.azxəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu Qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edəcək.

 

Ümumilikdə isə qanuna dəyişikliklərdə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur.

Tacxeber.az

Oxşar xəbərlər

2013-cü ildə Araz Ağalarov 14 milyon dolları elə-belə hədiyyə kimi Trampa niyə verib??

admin

“Aqroparkların yaradılması hökumətə sərf edir, fermerlərə yox”

admin

Həmin gecə Pentaqona yüzlərlə pizza sifariş edilib – İran buna diqqət yetirsəydi…

redaktor