16 C
Bakı
27 Sentyabr 2025 03:43
GündəmSiyasət

“Marketdən 50 manatlıq ərzaq alanda 59 manat ödəyirik, çünki…” – Natiq Cəfərli

“18% ƏDV-ni 2%-ə endirmək lazımdır”.

Tacxeber.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ölkə əhalisinin 80%-ə yaxını bazarlığını, ərzaq ehtiyacını şəbəkə marketlərdən təmin edir:

 

“Onlar da ƏDV ödəyicisidirlər, yəni bu gün kimlərsə 50 manatlıq ərzaq alanda marketdə 59 manat ödəyir. Ölkə büdcəsində profisit var, neft-qaz gəlirləri də artır, xarici ticarətimizdə 15 mlrd. dollarlıq müsbət saldo mövcuddur. Ona görə də 18% ƏDV-i 2%-ə endirməliyik ki, 50 manatlıq ərzaq alanda 59 manat yox, 51 manat ödənilsin, 8 manat cibimizdə qalsın. Bunu da kommunal xərclərə sərf etmək olar, yəni, o pul da hökumətə gedəcək, amma camaatın bahalıqdan bükülən beli bir az düzələcək”.

Ekspert REAL partiyasının dəfələrlə bu təkliflə çıxş etdiyini vurğulayıb:

 

“Ərzaq və dərmanlar satışında ƏDV-nin 18%-dən 2%-ə endirilməsi istənilən sosial yardımdan daha effektivdir”.

Tacxeber.az

Oxşar xəbərlər

Elzanı AYB üzvü edən şeirlər: “Tüpürüm sizə”, “Qarnım quruldayır”, “Tikim sizin ağzınızı”

redaktor

“Rusiya artıq öz mövqeyini gizlətmir. Kremlin mövqeyi Azərbaycanın əleyhinədir”.

admin

Mehmet Ali Ağca deyib ki, papa II İoann Paveli öldürmək əmrini Kuziçkindən alıb.

admin