GündəmKriminal

Qəzalı vəziyyətdə olan uşaq bağçası niyə fəaliyyətini hələ də davam etdirir? – FOTO

Şəki şəhərində yerləşən 10 saylı uşaq bağçası qəzalı vəziyyətdədir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, uzun illərdir fəaliyyət göstərən və istismar müddətini başa vurmuş binanın yarı hissəsi bu gün də uşaq bağçası kimi fəaliyyətini davam etdirir.

Binanın qəzalı və antisanitar görüntüsü insanı buraya göndərilən körpələrin sağlamlığı, eyni zamanda təhlükəsizliyi barədə düşünməyə vadar edir.

Vəziyyətlə bağlı aidiyyəti qurumlardan suallarımıza cavab almağa çalışsaq da, bu, mümkün olmayıb.

Nəzərə alsaq ki, uşaq bağçaları Elm və Təhsil Nazirliyinin tabeliyinə bir neçə aydır ki, verilib, əvvəlki cavabdeh qurum, yəni Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan yönləndirildiyimiz nömrədən isə zənglərimizə cavab verilmədi.

Tacxeber.az

 

Oxşar xəbərlər

Üzeyir bəyin xahişini Stalin dərhal yerinə yetirir…

admin

Zelenski elan etdi: “Demək olar ki, bütün bölgə azad edilib”

redaktor

Heç bir cəmiyyət susaraq azad olmur

admin