Sağlamlıq

Həkim balın zərərlərindən danışıb

Tibb elmləri doktoru, dietoloq Mixail Ginzburq bildirib ki, gənclər gündə iki və ya üç çay qaşığı, bəzi xəstəlikləri olan insanlar isə gündə bir qaşıqdan çox bal istifadə etməməlidilər.

Lent.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, piylənmə, şəkərli diabet, ateroskleroz və ya hipertoniyadan əziyyət çəkənlər balı xüsusi ehtiyatla yeməlidirlər..

Dietoloq onu da bildirib ki, insan istənilən yaşda bala qarşı allergiya ola bilər. O, bala qarşı allergiyası olmayan insanlara bu məhsuldan yarım çay qaşığından çox yeməməyi tövsiyə edib.

 

Ginzburq qeyd edib ki, balın tərkibində turşular, mədəni qıcıqlandıran məhsullar var.

 

Ona görə də onun həddindən artıq istehlakı qastrit və hətta mədə xoralarının inkişafına səbəb ola bilər.

p

Amma eyni zamanda, bədənə enerji verən bioaktiv maddələr olduğundan soyuqdəymə zamanı kömək edir.

  1. Tacxeber.az

Oxşar xəbərlər

Eynəklərin sağlamlıq üçün vacibliyi ortaya çıxdı

redaktor

Tibbi plastırın içində xərçəng yaradan maddə tapıldı

redaktor

Gigiyenik və sağlam mühitdə hazırlanmayan konservləşdirilmiş məhsullar təhlükə saçır

redaktor