27 C
Bakı
17 Avqust 2026 15:16
Dünya

Dünya ulduzunun 5,6 milyonluq malikanəsi QARƏT OLUNDU

Atlantada dünya pop səhnəsinin əfsanəsi Meray Kerrinin  5,6 milyon dollarlıq malikanəsi qarət olunub.

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı müğənninin doqquz otaqlı evi keçən ay iyulun 27-də İtaliyada və Hamptonda tətil edərkən qarət edilib.

Kerrinin malikanəsindən dəqiq nə oğurlandığı hələlik məlum deyil. Nəşr araşdırmanın hələ də davam etdiyini yazıb.

Kerri 2021-ci ilin noyabrında etimad vasitəsilə doqquz otaqlı, 13 hamamdan ibarət malikanəni satın alıb. Mülkdə uşaq meydançası, hovuz və tennis kortu var.

Tacxeber.az

Oxşar xəbərlər

Xəzərin adını dəyişməklə tarixini dəyişmək olmaz!

redaktor

Tramp Cənubi Koreyadan İranla müharibədə kömək etməkdən imtina etdiyinə görə qisas alır

redaktor

Rusiya-Ukrayna müharibəsi yavaş-yavaş həlledici mərhələyə qədəm qoyur

admin