21 C
Bakı
12 Avqust 2025 03:06
İdman

İslamiada: Millimiz finalda!

İslamiada: Millimiz finalda!

Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Tacxeber.azxəbər verir ki, Səlcuqlu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.

Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb – 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib – 40:27.

İkinci hissədə Özbəkistan yığmasının həndbolçularından biri komanda yoldaşı ilə toqquşma nəticəsində üz nahiyəsindən ağır zədə alıb. Həkimlər ilkin tibbi müayinə göstərdikdən sonra onu meydandan xərəklə çıxararaq, təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib – 34:23.

Tacxeber.az

Oxşar xəbərlər

Pelenin mükafatı Neymara niyə verildi? – FOTO

redaktor

Türkiyə futbolunda növbəti görünməmiş olay – azarkeş meydanda futbolçunu bıçaqladı – VİDEO

admin

Qurban Qurbanov: “Bolqarıstana qalib gəlmək üçün gedəcəyik”

admin