28 C
Bakı
13 Avqust 2025 20:28
Siyasət

Ərdoğan Baydenlə görüşə bilər: F-16 məsələsinin pərdəarxası…

Türkiyə ilə ABŞ arasında F-16 sövdələşməsinin pərdəarxası təfərrüatları ortaya çıxmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“İki ölkə arasında F-16 döyüş təyyarələrinin alqı-satqısı ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasındakı mümkün görüşdə bu məsələnin müzakirə ediləcəyi bildirilir. Ankara problemlə bağlı prosesin uzanmasını istəmir. Bu səbəbdən də Pentaqonla danışıqlar aparır və F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresinə təqdim olunmasını tələb edir. Konqres də müəyyən müddət ərzində bu məsələni təsdiqləyə bilər”, – nəşr yazıb.

Bildirilir ki, ödənişlər zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq üçün əsas firmalardan sayılan OFFSET-lə razılaşmalar imzalanacaq:

“Beləliklə, “qazan-qazan” prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhsulları almalı olacaq”.

 

Tacxeber.az

Oxşar xəbərlər

Biz istisnasız olaraq hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik – Zelenski

redaktor

Siyavuş Novruzov Naxçıvanın statusunun ləğvindən danışdı

redaktor

İmişli İcra Hakimiyyəti YAP-çı deputatın iradlarına cavab verdi: “Orda olmuşuq” – VİDEOLAR

redaktor