DünyaGündəm

Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır.

Türkiyənin “Baykar Makina” şirkəti Ukraynada “Bayraktar Kızılelma” adlı yeni reaktiv səsdən sürətli pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.

Tacxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb: “Ukrayna ilə həyata keçirəcəyimiz layihələrə dair uzunmüddətli planlarımız var. “Baykar” şirkəri Ukraynada fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başlayıb. Beləliklə, burada bütün sistemləri istehsal etmək istəyirik”.

H.Bayraktar vurğulayıb ki, Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayraktar Akıncı” dronları da istehsal olunacaq.

Oxşar xəbərlər

Saakaşvili müayinədən imtina etdi

redaktor

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozdu –NATO F-35-ləri havaya qaldırdı

redaktor

Ölü hesab edilən bin Ladenin oğlu sağdır: Qərb ölkələrinə hücumlara hazırlaşır – Kəşfiyyat

redaktor