DigərSiyasət

Türk ölkələrin nazir müavinləri görüşdü

 

Avqustun 12-də Türkiyə Respublikasının İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin aidiyyəti qurumlarının nazir müavinləri səviyyəsində TDT-nin Nəqliyyatı əlaqələndirmə komitəsinin iclası keçirilib.

Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə tədbirlər, üzv dövlətlər arasında daşıma prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub.

Eyni zamanda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş” layihəsi, üzv dövlətlər arasında uçuşların sayının artırılması və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı iclasına hazırlıqla bağlı müzakirələr aparılıb

Oxşar xəbərlər

ABŞ kəşfiyat strukturlarına inanmayan Tramp və çevrəsi Rusiya təbliğatının təsirinə düşüb.

admin

Orban: Son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki…

redaktor

Hacı Şahin ölümündən əvvəl bu xəstəxanaya gedib – Həkimi danışdı

redaktor