14 C
Bakı
26 Mart 2026 13:22
DünyaGündəm

Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır.

Türkiyənin “Baykar Makina” şirkəti Ukraynada “Bayraktar Kızılelma” adlı yeni reaktiv səsdən sürətli pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.

Tacxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb: “Ukrayna ilə həyata keçirəcəyimiz layihələrə dair uzunmüddətli planlarımız var. “Baykar” şirkəri Ukraynada fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başlayıb. Beləliklə, burada bütün sistemləri istehsal etmək istəyirik”.

H.Bayraktar vurğulayıb ki, Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayraktar Akıncı” dronları da istehsal olunacaq.

Oxşar xəbərlər

Çinin ən varlı adamı oldu

redaktor

Bakıya 220 min miqrant gəldi: evlər bahalaşır

redaktor

15-20 gün ömrü olan çaqqalanın faydaları

redaktor