21 C
Bakı
20 Oktyabr 2026 13:22
Dünya

Naviqasiya proqramının göstərdiyi yolla gedən taksi körpüdən aşdı

Naviqasiya proqramının göstərdiyi yolla gedən taksi körpüdən aşdı

 

İndoneziyada bir sürücü avtomobillə Google xəritəni izləyərək yol gedərkən körpüdən aşağı aşıb.

 

Tacxeber.com türk mediasına istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Rudie Heru Komandono və sərnişini hadisədən yüngül xəsarətlərlə xilas olublar.

 

Belə ki, naviqasiya proqramının göstərdiyi yeni və yarımçıq yolda hərəkətdə olan Rudie maşınla beton maneələrdəki boşluğa girərək 12 metr hündürlükdən yıxılıb.

 

Qəzadan sonra səlahiyyətlilər boşluğu bağladıqlarını və xəbərdarlıq lövhələri quraşdırdıqlarını söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin