12 C
Bakı
29 Mart 2026 00:39
CəmiyyətHadisə

“Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun şəhid atasının məzarı tapılıb – Şəkillər

Qarabağda tanınmış futbolçumuzun şəhid atasının məzarı tapıldı - Şəkillər

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun atasının məzarı tapılıb.

 

Məzar Ağdam rayonununda yerləşir.  Ermənistanın işğalı zamanı onminlərlə azərbaycanlının qəbri kimi Vüqar Nadirovun atası Ərşad Nadirovun da qəbri dağılıb və Ağdam azad olunduqdan təxminən 4 il yarım sonra çətinliklə aşkarlanıb.

 

Ərşad Nadirov birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən idi. “General Ərşad” ləqəbli Nadirov 1993-cü ilin iyulun 22-də, 43 yaşında şəhid olub və Ağdam rayonunda dəfn edilib.

Hazırda “Şəmkir” komandasının baş məşçqisi olan V.Nadirov dünən işğaldan azad Ağdam rayonuna səfəri zamanı atasının tapılan məzarına baş çəkib. Şəkillərdən görünür ki, Ə.Nadirovun da qəbri dağıdılıb.

 

Qeyd edək ki, Ərşad Nadirov  “Qarabağ” Futbol Klubunun prezidenti olmuş Adil Nadirovun qardaşıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda niyə rəsmi milyonçu yoxdur?

admin

Dəllək necə terrorçu oldu? – SENSASİON FAKTLAR

admin

Çingiz Abdullayev: “Məni küçədə görəndə üzr istədilər” – VİDEO

redaktor