18 C
Bakı
26 Oktyabr 2026 16:11
Dünya

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub – Müdafiə Nazirliyinin məlumatı

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub – Müdafiə Nazirliyinin məlumatı

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.

H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Vuçiçin məğlubiyyəti: Rusiya üçün zərbə, Ukrayna üçün fürsət

admin

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

admin

Serbiyada tələbələrin seçki inqilabı

admin