DünyaGündəmİdmanŞou

Mourinyo Okan Burukun burnunu niyə sıxıb?

Mourinyo Okan Burukun burnunu niyə sıxıb?

Türkiyə kubokunun yarımfinal matçından sonra “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ilə “Qalatasaray”ın çalışdırıcısı Okan Buruk arasında yaşanan qalmaqala aydınlıq gəlib.

 

Bu barədə “NTV Spor” məlumat yayıb.

 

Türkiyə kubokunun yarımfinalında “Qalatasaray” “Fənərbaxça”ya 2:1 hesabı ilə qalib gəlib və yarımfinala adlayıb. Görüşün ardından Joze Mourinyo Okan Burukun burnunu sıxıb. Okan Buruk Mourinyonun bu hərəkətindən sonra yerə yıxılıb.

 

Mütəxəssislər arasındakı bu xoşagəlməz hadisənin detalları açıqlanıb.

Belə ki, oyun bitdikdən sonra Mourinyo hakimlərə yaxınlaşıb və referi Cihan Aydına “Oyunu pis idarə etdiniz” deyib. Okan Buruk “Siz ona inanmayın. Oyunu yaxşı idarə etdiniz. Düzgün qərarlar verdiniz” – deyə söyləyib.

 

Daha sonra Okan Buruk Mourinyoya tərəf çevrilərək “Good game” (yaxşı oyun – red.) sözlərini deyib.

İddialara görə, Okan Buruk Mourinyoya qarşı ingilis dilində xoşagəlməz bir ifadə işlədib. Portuqaliyalı mütəxəssis isə əsəblərinə hakim ola bilməyib. O, Burukun ardınca gedib və onun burnunu sıxıb.

 

Cihan Aydın bu hərəkətinə görə “Fənərbaxça”nın baş məşqçisinə qırmızı vərəqə göstərib.

Daha əvvəl Türkiyə mediasında, Joze Mourinyo barəsində intizam işinin açılacağı bildirilmişdi. Əgər onunla bağlı məsələyə “idmançıya yaraşmayan hərəkət” işinə görə baxılarsa, bu halda 62 yaşlı mütəxəssis 1-3 oyun arası cəza alacaq.

 

Yox, əgər intizam işi Futbol İntizam Təlimatının 44-cü maddəsi (fiziki təzyiq) üzrə açılsa, onda Mourinyoya 5-10 matç arası cəza veriləcək. Yekun qərarı yaxın günlərdə Türkiyə Futbol Federasiyası verəcək. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bizdə Türkiyə siyasəti ilə maraqlanan insanların bir çoxu zəhmət çəkib, Türkiyə siyasi tarixini oxumur.

admin

Yeni prezidentə butulka atdılar, mühafizəçi yaralandı- Argentinada – FOTO

redaktor

Neftçalada bu vəsaitin vətəndaşlardan çıxarılmasını Mehriban Əliyevanın adı ilə bağlayırlar.

admin