Dünya

Atəşkəs müharibənin bitməsi demək deyil – Zelenski

Ukraynada atəşkəsə yaxın həftələr və ya aylar ərzində nail olmaq mümkündür.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə səfəri zamanı bildirib.

 

O deyib ki, lakin bu, hələ müharibənin bitməsi demək deyil.

 

Ukrayna liderinin sözlərinə görə, bir daha müharibənin qaynar fazasına qayıtmamağı təmin etməklə yanaşı, həm də real diplomatiyaya aparan yolu açacaq təminat lazımdır.

 

Zelenski qeyd edib ki, əgər atəşkəsin əvəzində Rusiyaya tətbiq olunan sanksiyalar ləğv edilsə, vəziyyət daha da çətinləşəcək.

 

“Biz hazırda yalnız atəşkəsdən danışırıq”, – Zelenski əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu funksiyadan artıq bütün istifadəçilər faydalanacaq

redaktor

Vatikan Papa XIV Leo ilə Zelenskinin görüşünü elan edib

redaktor

Ukraynanın ən böyük şirkətini azərbaycanlı aldı – Milyardlarla pul verdi

admin