13 C
Bakı
28 Mart 2026 00:23
CəmiyyətGündəmHadisə

Yasamal Polis idarəsində bir ayağı olmayan qaziyə qarşı zor tətbiq edilib.

Qarabağ qazisi Hacı Vəliyev öz sosial media hesabında Yasamal rayon Polis idarəsində qazi Elnur Ələkbərova qarşı zorakılıq tətbiq edilməsi haqqında məlumat paylaşıb. Belə ki, o hadisə haqqında bunları qeyd edib:

 

“Yasamal rayon Polis idarəsinin rəisi Mirnemət Mirbabayevin qəbuluna gələn bir ayağı pratez olan qazi Elnur Ələkbərova qarşı binanın giriş qapısında polis əməkdaşı zorakılıq göstərib. Elnur Ələkbərovun protez ayağında əyilib, çıxıb və nəticədə onun ayağı zədələnib. Hal-hazırda psixoloji durumu da yerində deyil.

Polis əməkdaşı deyib ki, “Bundan sonra sizə belədi, belə rəftar ediləcək, hara şikayət edirsiz edin, yaxşı edirik…””

Qazi: Hacı Vəliyev

 

Tacxeber.com olaraq mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini paylaşmağa hazırıq ([email protected])

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ Ermənistanı İrana qarşı yönəltməyə çalışır” – Əfşar Süleymani

admin

“Baku Steel Company” şəhid övladını işdən çıxartdı

admin

Vaqif Xaçatryanın işgəncə verdiyi keçmiş əsir: TV-də onu görən kimi tanıdım, azərbaycanlılara ən çox əzabı o verirdi

redaktor