22.2 C
Bakı
10 İyun 2026 03:08
Dünya

Türkiyədə sosial media platformalarına giriş məhdudlaşdırıb: Səbəb?

Türkiyə hakimiyyəti müxalifətçi İstanbul meri Əkrəm İmamoğlunun saxlanmasından sonra bir neçə sosial media platformasına girişi məhdudlaşdırıb.

 

Tacxeber.com bildirir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti X-dəki hesabında məlumat verib. Xidmətin məlumatına görə, “YouTube”, “TikTok”, “X” sosial şəbəkəsi və “Instagram” videohostinqi Türkiyədə işləmir. Türkiyə rəsmiləri bu məlumatı rəsmi şəkildə şərh etməyiblər.

 

Xatırladaq ki, İstanbul meri bu gün, martın 19-da saxlanılıb. Baş Prokurorluq ona və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb. Saxlanılanlar arasında bir neçə jurnalist və iş adamı da var. “Sabah” qəzeti aydınlaşdırıb ki, həbs qərarı İstanbul media şirkəti Medya A.Ş.-nin tenderləri ilə bağlıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Rusiyanın əsas neft zavodunu 3-cü dəfə vurdu

redaktor

Kadırov: “Rusiyadan qaçanlar ətək geyinsinlər“

redaktor

Borreldən ŞOK İTTİHAM – HƏMAS-ı İsrail yaradıb, özü də maliyyələşdirir

admin