21 C
Bakı
12 Avqust 2025 09:57
Cəmiyyət

Xalq artisti Ənvər Həsənov vəfat etdi

Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov vəfat edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Report”a aktyorun qızı məlumat verib.

 

Qeyd edək ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M. A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

 

Ə.Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmlərində rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, ” Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmlərini çəkib.

 

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Xatırladaq ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində problem yaranmışdı, o, xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Tacxeber.com

Oxşar xəbərlər

Boşboğazdırlar, rus dili düşmən dilidir? – Aqil Abbas torta görə əsəbiləşdi – FOTO

redaktor

Premyer Liqa: XVII tura bu gün start veriləcək

admin

7318 müəllim işdən QOVULDU

admin