20 C
Bakı
20 Oktyabr 2026 11:28
DünyaHadisə

Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var

Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.

 

Tacxeber.com xəbər verir ki, hadisə nəticəsində beş əsgər həlak olub, ən azı 12 hərbçi yaralanıb.

 

Hücumu intiharçı-terrorçunun həyata keçirdiyi bildirilir. Belə ki, o, partlayıcı maddələrin olduğu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.

 

Məlumata görə, hücumu ekstremist “Bəlucistan Azadlıq Ordusu” qruplaşması təşkil edib.

Tacxeber.com

Oxşar xəbərlər

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin

Tehranın İslamabada sərhəd mesajı

redaktor