16 C
Bakı
27 Sentyabr 2025 22:43
CəmiyyətGündəm

Ailələri bu cür dağıdırlar: “boşanma parti”si nə deməkdir?

 

Bəzi hallarda “boşanma ‘partiləri‘‘ təşkil edilir, bu hadisə təmtəraqla qeyd olunur və bu, cəmiyyətdə boşanmaları adi hala çevirmək məqsədi güdür. Bundan əlavə, televiziyalarda boşanmış qadınların dəbdəbəli həyat tərzi nümayiş etdirilir ki, bu da evli qadınlar üçün bir stimula çevrilir və onların ailə həyatına fərqli yanaşmasına gətirib çıxarır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev boşanmaların artma səbəblərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, hazırda boşanmaq üçün müraciət edənlərin 70%-dən çoxu qadındır:

“Yerli seriallarda əsas qəhrəmanlar evlilik olmadan uşaq dünyaya gətirir, qeyri-rəsmi nikah və azad münasibətlər normallaşdırılır. Halbuki əvvəlki dövrlərdə cəmiyyət bu cür hallara mənfi yanaşırdı. Bu kimi təbliğatlar ailə dəyərlərinin zəifləməsinə və boşanmaların artmasına səbəb olur”.

 

Sosioloq ailə institutunun gücləndirilməsi üçün mediada maarifləndirici verilişlərin və sosial təşviqat kampaniyalarının aparılmasının vacibliyini qeyd edib. O bildirib ki, boşanmış insanların yalnız rahat həyat tərzinin deyil, həm də qarşılaşdıqları çətinliklərin göstərilməsi ailə münasibətlərinin qorunmasına töhfə verə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şuşa-Xankəndi yolunda növbəti dəfə sülhməramlılara məxsus avtomobillərin hərəkətinə şərait yaradılıb

redaktor

Rusiyanı son 5 gündə 261 min kişi tərk edib.

admin

İran kəşfiyyatına işləyən qadın HƏBS EDİLDİ – FOTO

redaktor