23 C
Bakı
22 İyun 2025 19:56
Cəmiyyət

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

Tacxeber.az “Caliber”ə istinadən xəbər verir ki, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycanda niyə rəsmi milyonçu yoxdur?

admin

Avtomobilin üzərinə söz yazmağa qanun icazə verirmi? – Açıqlama

redaktor

“Müğənni var, toyda partlamaya düşdü, dua oxudum özünə gəldi…”  – Zirəddin Rzayev

redaktor