19 C
Bakı
08 Oktyabr 2026 04:17
DünyaGündəmSiyasət

Türkiyə ilə İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır.

Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır.

İsrail hökuməti Azərbaycanla əlaqələrdən məmnundur. Öz növbəsində Azərbaycan da İsraillə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir. İsrail Mərkəzi Asiyanın türk dövlətləri, əsasən də Qazaxıstanla əməkdaşlığın genişlənməsində maraqlıdır.

 

İsrailin qonşuluğunda tərəfdaşı yoxdur. Ona görə də, Azərbaycan və Qazaxıstanla tərəfdaşlıq İsrail üçün əhəmiyyətlidir, bununla nümayiş etdirə bilir ki, İslam aləmində dostları da var. Ancaq İsrailin regional siyasəti bu dövlətin dostları üçün bəlli problemlər yaradır.

 

Azərbaycan BMT qətnamələrindən çıxış edərək digər ölkələr kimi İsraillə yanaşı bölgədə Fələstin dövlətinin varlığını dəstəkləyir. İsrailin nə zaman Fələstin dövlətini varlığına razılaşacağı isə bəlli deyil, ən azı indiki İsrail hökuməti qətiyyətli şəkildə bunun əleyhinədir. Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu druz millətindən olanları dəstəkləmək adıyla Suriyanın cənubuna doğru xeyli irəriləyib və oranı tərk etmək fikrində deyil.

 

Türkiyə həm bundan, həm də İsrailin bölgədəki silahlı kürd qruplaşmalara dəstəyindən narahatdır. Təsadüfi deyil ki, Suriya ərazisində Türkiyə-İsrail qarşıdurması barədə ehtimallar irəli sürülür. Bu Azərbaycan üçün çətin vəziyyət yaradır. İsrailin siyasi dairələri bunu nəzərə almaq məcburiyyətindədirlər. İsrail Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor