DünyaGündəmİdman

Miroslav Kloze Mahir Emrelidən narazıdır

Miroslav Kloze Mahir Emrelidən narazıdır

Almaniya mətbuatında Azərbaycan millisinin “Nürnberq”də çıxış edən üzvü Mahir Emreli haqqında yeni xəbərlər yazılıb.

 

Tacxeber.com”Bild”ə istinadən məlumatına görə, xəbərlərdə Almaniya təmsilçisinin baş məşqçisi Miroslav Klozenin Mahirdən narazı qaldığı qeyd olunub.

 

Bildirilir ki, bazar ertəsi komandanın hazırlığı zamanı 27 yaşlı hücumçunun topsuz məşqləri mütəxəssissi qane etməyib.

Kloze Mahir haqda bunları deyib: “Mahir öz istədiyi zaman topla işləməyi bacarır. Top Emreli istəyəndə onun yanındadır. Lakin sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsınız”.

 

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında “Nürnberq”ə keçib. O, bu  müddət ərzində 16 matça çıxıb. 4 qol vurub və 1 qolun ötürməsini verib. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxsin evindən 244 min manatlıq qızıl oğurlanıb.

admin

97 yaşlı nasist qadına cəza təyin edildi

redaktor

Bu, Xameneinin ölümündən sonra ola bilər – Bolton

redaktor