Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycan xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu gətirilib. Məlumata görə ən çox toyuq Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirilib. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunub.
Bəs, bu qədər ucuz qiymətə gətirilən toyuqlar hansı məqsəd üçün istifadə edilir?
Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, DSK-nin yaydığı bu məlumat qaranlıq bir məsələnin üzərindən pərdə qaldırıldı:

