12 C
Bakı
29 Mart 2026 00:52
Dünya

İsa Məsihin heykəlinin üstündə UNO peyda oldu – VİDEO

Meksikada İsanın heykəlinin üstündə UNO (uçan naməlum obyekt) görünüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

 

Meksikadakı Cerro del Cubilete dini abidəsinə toplaşan xristianlar qeyri-adi hadisənin şahidi olublar. Məsihin 20 metrlik heykəlinin üstündə UNO-ya bənzəyən sirli obyekt peyda olub.

 

Hadisə Mexiko şəhərinin şimal-qərbində yerləşən Silao şəhərində baş verib .

 

Ziyarətçilər aydın mavi səmada “Saturna bənzəyən” obyekti lentə ala biliblər. O, İsanın heykəlinin sol əlinin yanında uçaraq orada olanlar arasında təəccüb və qorxuya səbəb olub.

 

Bu, Meksikada ilk UNO müşahidəsi deyil. Keçən ilin oktyabrında oxşar obyekt Silaodan təxminən 400 km aralıda yerləşən Cuernavacadakı yanacaqdoldurma məntəqəsində müşahidə edilib.

 

Bəzi izləyicilər obyektin qədim piramidaları ilə tanınan yaxınlıqdakı Tepoztlan şəhəri ilə əlaqəli ola biləcəyini iddia edirlər. Digərləri isə bunun “Globos de Cantoya” festivalı zamanı buraxılmış səma fənəri ola biləcəyinə inanırlar.(publika.az)

 

Oxşar xəbərlər

Livanda ermənilər səfirliyimizə hücum etdilər – Video

redaktor

Ərdoğan Rusiyada ilin siyasətçisi SEÇİLDİ

redaktor

Prezident: “Bu konfrans bizə qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək”

redaktor