22.7 C
Bakı
15 İyun 2026 10:54
Dünya

İstanbul hava limanında biabırçılıq – Anbaan VİDEOya çəkdilər

İstanbul Havalimanındakı kafelərdən birində satılmayan sandviçlerin içindəkilər dəyişdirilib yenidən satışa çıxarılır.

 

Tacxeber.com Milli.Az-a istinadən xəbər verir ki, buna dair görüntülər sosial şəbəkələrdə yayılıb.

 

İddia edilir ki, hava limanının daxili uçuşlar terminalında fəaliyyət göstərən kafedə əməkdaş köhnəlmiş sandviçləri açaraq bayat məhsulları çıxarıb, yerinə təzə inqrediyentlər əlavə edərək yenidən qablaşdırıb. Həmin anları müştərilərdən biri mobil telefonla lentə alaraq sosial şəbəkədə paylaşıb.

 

Hava limanından istifadə edən sərnişinlər buna kəskin etiraz ediblər. Onlar hava limanında satılan yüksək qiymətli qida məhsullarının gigiyena standartlarına tam cavab verməli olduğunu bildirərək, məsul qurumların nəzarəti gücləndirməsini tələb ediblər.

Oxşar xəbərlər

Türkiyə futbolunda növbəti görünməmiş olay – azarkeş meydanda futbolçunu bıçaqladı – VİDEO

admin

Vidadi İsgəndərliyə hücum edənlər kimdir? – Qardaşı danışdı

admin

Azərindən maraqlı AÇIQLAMA: “O vaxt Ərdoğan mənə demişdi ki…” – VİDEO

redaktor